Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer ilk dəfə olaraq Bakıda təşkil olunan «Avropa TOP-16» kuboku ilə bağlı ölkəmizdə səfərdədir.
Bu gün beynəlxalq qurumun prezidenti və rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini anıb, «Əbədi məşəl» abidəsinin önünə əklil qoyublar.
Məlumat üçün qeyd edək ki, «Avropa TOP-16» turnirinin rəsmi açılış mərasimi bu gün saat 16:00 təşkil olunacaq. Üç gün davam edəcək yarışlara fevralın 8-də yekun vurulacaq.