«Avropa TOP-16» kubokunun keçirilməsi bizim üçün yaxşı təcrübə olacaq»

«Avropa TOP-16» kubokunun keçirilməsi bizim üçün yaxşı təcrübə olacaq»



Fərhad İsmayılov, yığma komandanın üzvü:

-Bu turnirdə Avropanın ən güclü idmançıları iştirak edirdilər. Ev sahibi olduğumuz üçün biz də bu yarışda iştirak etmək hüququ qazanmışdıq. Püşkatmaya görə «D» qrupunda Avstriya, Portuqaliya və İngiltərə idmançıları ilə qarşılaşdım. Təəssüf ki, keçirdiyim hər üç görüşdə məğlub oldum. Düzdür, rəqiblərim kifayət qədər güclü idmançılar idi. İngiltərəli tennisçi Paul Drinkhall reytinq cədvəlinin 33-cü pilləsində yer alır. O, həmçinin gənclər arasında Avropa çempionu tutuluna da yiyələnib.Digər rəqibim portuqaliyalı Tiaqo Apolonia da Avropa çempionudur. Etiraf etmək lazımdır ki, bizim ustalıq səviyyəmiz həmin idmançılardan aşağıdır. Düşünürəm ki, «Avropa TOP-16» kubokunun keçirilməsi bizim üçün yaxşı təcrübə olacaq. Bu turnir Bakıda keçiriləcək I Avropa Oyunları üçün bir sınaq yarışı idi. Bu yarışda hər bir idmançının potensialı müəyyən qədər bəlli oldu. Turnirin keçirilməsində əsas məqsəd stolüstü tennisin ölkəmizdə kütləviliyini artırmaq, bu idman növündə yeni nəslin yetişməsinə təkan vermək və idmançıların hazırlıq səviyyəsini artırmaq idi.