«Keçirdiyim hər bir görüşdə özüm üçün təcrübə qazandım»

«Keçirdiyim hər bir görüşdə özüm üçün təcrübə qazandım»



Məryəm İmanova, yığma komandanın üzvü:

-Rəqiblərimin kifayət qədər təcrübəli olduğunu bilirdim. Qrupumuzda ən güclü idmançı ötənilki kubokun sahibi - avstriyalı Jia Liu idi. Bacardığım qədər mübarizə apardım. Düzdür, keçirdiyim hər üç görüşdə məğlub oldum, qrupdan çıxa bilmədim. Lakin bunu heç də uğursuz nəticə kimi qeyd etmək olmaz. İlk dəfə idi ki, belə reytinqli yarışda iştirak edirdim. Bu turnirdə mübarizə aparmaq mənim üçün çox qürurverici idi. Keçirdiyim hər bir görüşdə özüm üçün təcrübə qazandım. Çalışacağam ki, bu turnirdə buraxdığım səhvləri gələcəkdə təkrar etməyim.