“Turnir idmançılarımızın təcrübəsinin artmasında böyük rol oynayacaq”

“Turnir idmançılarımızın təcrübəsinin artmasında böyük rol oynayacaq”





Leşek Kuxarski, stolüstü tennis üzrə yığma komandamızın baş məşqçisi:


-Yarışda çox güclü rəqabət var. Təbii ki, dünyanın ən reytinqli idmançılarına qarşı mübarizə aparmaq tennisçilərimiz üçün çox çətindir. Bakıya gələn idmançılar demək olar ki, reytinq cədvəlinin ilk 50- likdə qərarlaşan tennisçilərdir. Bizim idmançılar isə bu siyahıda rəqiblərindən geri qalırlar. Fərhad İsmayılov reytinq siyahısının 300-cü, Məryəm İmanova isə 306-cı pilləsində qərarlaşıb. Bu da bizim idmançılarla turnirdə iştirak edən digər tennisçilərin arasında olan böyük fərqdən xəbər verir. Bunun üçün də idmançılarımızdan böyük nəticə gözləmək mümkün deyil. Çətin olsa da tennisçilərimiz rəqiblərinə qarşı inamlı mübarizə apardılar. Düzdür, müəyyən səhvlər də oldu. Buraxılan səhvlərdən nəticə çıxarmalıyıq.«Avropa TOP-16» turniri idmançılarımızın təcrübəsinin artmasında böyük rol oynayacaq. Bu yarış həm də I Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır. Bakı-2015-ə hazırlıq üçün çox az zamanımız var. Həmin vaxta qədər çalışacağıq ki, səhvlərimizi düzəldək, komandanın hazırlıq səviyyəsini artıraq”.



Azər