Alpinistlərimiz yubiley tədbirində iştirak ediblər

Alpinistlərimiz yubiley tədbirində iştirak ediblər


Azərbyacan Alpinizm Federasiyasının üzvləri İran Alpinizm və Qayayaydırmanma Federasiyasının 70 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər. Təmsilçilərimiz həmçinin İranın Kerman rayonunun ərazisində yerləşən Xezar (4501 m) zirvəsinə qalxıblar. Ekspedisiyada Azərbaycanı federasiyanın tərkibinə daxil olan RATK, "İrbis” və "Qartal” klublarının idmançılarından ibarət 7 nəfərlik heyət təmsil edib. Etibar Məmmədovun rəhbərlik etdiyi heyətdə Murad Tahirov, Fərid Hacıyev, Stanislav Belousov, Rüfət Qocayev, Namin Bünyadov, Soltan Soltanov yer alıblar.
İran tərəfindən təşkil edilmiş yubiley alpiniadasında 250 nəfər iştirak edib. Proqram çərçivəsində Kermanda yerləşən 3 zirvədən birinə qalxmaq təklif olunub. Azərbaycanlı alpinistlər ən yüksək zirvə olan Xezarı seçiblər.
Fevralın 5-də günorta vaxtlarında idmançılarımız zirvəni fəth etməyə müvəffəq olublar. Bir az küləklə müşayiət olunan xoş hava şəraiti alpinistlərimizə zirvəni fəth etmək imkanı verib.