Yığma komandamızın Avropa və Asiya sınağı başlayır

Yığma komandamızın Avropa və Asiya sınağı başlayır


Fevralın 11-də Çexiya Respublikasının Xodonin şəhərində stolüstü tennis üzrə kadetlər və yuniorlar arasında açıq birincilik start götürəcək. Yarışda ölkəmizi stolüstü tennis üzrə yığma komandanın məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə 6 idmançı (3 oğlan, 3 qız) təmsil edəcək. Fevralın 11-16 tarixlərində məşqçilər Aleksandr Zudov və Fərhad İsmayılovun rəhbərlik edəcəyi 4 oğlan və 4 qız idmançı Küveytdə, fevralın 17-22-də isə Qətərdə 21 yaşınadək tennisçilər arasında təşkil olunacaq açıq çempionatda mübarizə aparacaq. Yığma komandanın üzvləri fevralın
23-də vətənə dönəcəklər.