Qadın tennisçilər Dubayda yarışırlar

Qadın tennisçilər Dubayda yarışırlar

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində qadınlar arasında beynəlxalq turnir keçirilir.
"Dubai Duty Free Tennis Championships” adlanan turnirə fevralın 15-də start verilib. Qadın tennisçilərin açıq kortda qarşılaşacağı beynəlxalq yarışın mükafat fondu 2 milyon dollardan artıqdır.
"Dubai Duty Free Tennis Championships” turnirinə fevralın 22-də yekun vurulacaq.