Mariya Şarapova imtina edib

Mariya Şarapova imtina edib

Mariya Şarapova Ştutqartda keçiriləcək WTA tarnirində iştirak etdiyi üçün Rusiya yığmasında oynamayacaq.
«Şarapova ötən il Ştutqartda keçirilən turnirinin qalibi olub və o yenidən topladığı xalları təsdiq etməlidir. Federasiya kuboku və turnir yarışları təqvim üzrə gedir. Bu səbəbdən Şarapova adəçəkilən yarışda Rusiya yığmasını təmsil etməyəcək», - deyə Rusiya Tennis Federasiyasının prezidenti bildirib.
Qeyd edək ki, Şarapova bu il 15 turnirdə iştirak etməyi planlaşdırır.