Stolüstü tennis üzrə ölkə çempionatı start götürüb

Stolüstü tennis üzrə ölkə çempionatı start götürüb


Fevralın 23-də "Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi.
Olimpnews.az xəbər verir ki, yarışda Bakı, Sumqayıt və Şəki şəhərlərindən ümumilikdə 52 idmançı mübarizə aparır. Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq təşkil olunan yarışlar komanda, şəxsi, qoşa və qarışıq qoşa formatında keçirilir. Çempionatın keçirilməsində əsas məqsəd perspektivli idmançıları aşkar etmək, yığma komandanın heyətini müəyyən etmək və stolustü tennis idman növünün kütləviliyini artırmaqdır.
Məlumat üçün qeyd edək ki, turnirə fevralın 27-də yekun vurulacaq.