Stolüstü tennisçilərimiz dünya çempionatında yarışacaqlar

Stolüstü tennisçilərimiz dünya çempionatında yarışacaqlar


Stolüstü tennisçilərimiz aprelin 26-də Çin Xalq Respublikasının Suzo şəhərində stolüstü tennis üzrə dünya çempionatında iştirak edəcəklər. 124 ölkədən 600-dən çox idmançının iştirak edəcəyi yarışda Azərbaycan tennisçiləri də yer alıblar. Komandamız baş məşqçi Aleksandr Zudovun rəhbərliyi altında 5 idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında komandamızın heyətində Fərhad İsmayılov, Ramil Cəfərov və Xəyal Həşimli iştirak edəcəklər. Qadınlar arasında keçiriləcək yarışlarda isə Rüfət Quliyeva və Məryəm İmanova mübarizə aparacaqlar.
Hazırda yığma komandamızın üzvləri mötəbər idman tədbirinə hazırlıqla bağlı intensiv məşq proseslərində iştirak edir, fiziki texniki və taktiki səviyyələrinin artırılması ilə məşğul olurlar.
Dünya çempionatına mayın 3-də yekun vurulacaq.