Tennisçimiz yarımfinala yüksəldi

Tennisçimiz yarımfinala yüksəldi


Bakı Tennis Akademiyasında keçirilən «April cup -2015» Avropa tennis turniri davam edir.
Olimpnews. az xəbər verir ki, 12 yaşınadək tennsiçilər arasında keçirilən yarışda 10-a yaxın ölkədən 61 (30 oğlan, 31 qız) idmançı qüvvəsini sınayır. Ölkəmizi yarışda baş məşqçi Yalçın Məmədovun rəhbərliyi altında 6 (4 oğlan, 2 qız) tennisçi təmsil edir. Tennisçilərimizdən Umayra Həşimova üçüncü turda gürcüstanlı raket ustası Dea Qargidzeyə qalib gəlib -7:5, 6:2. Bu qələbə ilə o, yarımfinala yüksəlib. Digər idmançılarımız isə məğlub olaraq çıxışlarını əsas mərhələnin ikinci turunda dayandırıblar. Məlumat üçün qeyd edək ki, idmançılarımız qoşa yarışlarda mübarizələrini davam etdirirlər.
Turnirə aprelin 17-də yekun vurulacaq.