14 illik qadağaya son qoyuldu

14 illik qadağaya son qoyuldu


Aprelin 26-da Çin Xalq Respublikasının Suçjou şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək.
Olimpnews.az xəbər verir ki, 53-cü dəfə təşkil olunacaq dünya çempionatının formatında yeni dəyişiklik olunub. Belə ki, 14 illik fasilədən sonra Beynəlxalq Stolüstü Tennis Federasiyası (İTTF) tərəfindən cütlüklərin iştirakına qoyulmuş qadağa aradan götürülüb. Beləliklə, stolüstü tennisçilər yarışda şəxsi, qoşa və qarışıq qoşa yarışlarında iştirak edəcəklər.
Məlumat üçün qeyd edək ki, sonuncu dəfə beynəlxalq cütlüklərin iştirakına 2001-ci ildə Yaponiyanın Osaka şəhərində keçirilən analoji yarışda qadağa qoyulmuşdu.
Mayın 3-dək davam edəcək yarışda 124 ölkədən 600-ə yaxın idmançı mübarizə aparacaq. Komandamız dünya çempionatında baş məşqçi Aleksandr Zudovun rəhbərliyi altında 5 idmançı ilə təmsil olunacaq.