Şabranda stolüstü tennis üzrə rayon birinciliyi keçiriləcək

Şabranda stolüstü tennis üzrə rayon birinciliyi keçiriləcək

Aprelin 25-də Şabran rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş stolüstü tennis üzrə şimal zonası rayonları arasında açıq birincilik start götürəcək. İki gün davam edəcək yarış Şabran rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçiriləcək. Şəxsi və komanda xarakteri daşıyacaq yarışda 2000-il təvəllüdlü və azyaşlı tennisçilər iştirak edəcəklər. Yarışın təşkil olunmasında əsas məqsəd rayonda stolüstü tennisi inkişaf etdirmək, yeniyetmə və gənclər arasında təbliğ etmək, ən güclü idmançıları müəyyənləşdirməkdir.
Yarışın qalibləri Şabran rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin diplom, medal, kubok və qiymətli hədiyyələri ilə təltif olunacaqlar.