Cənub zonası üzrə turnirə yekun vurulub

Cənub zonası üzrə turnirə yekun vurulub

Mayın 3-də stolüstü tennisin təbliği məqsədi ilə cənub zonası üzrə Salyan rayonunda təşkil edilmiş yarışlara yekun vurulub.
Turnirdə Salyanın 4 komandası ilə yanaşı, Cəlilabad, Masallı, Lənkəran, Astara və Lerik komandaları da iştirak ediblər. Oğlanlar arasında keçirilən komanda yarışlarında Salyan təmsilçiləri birinci yerə layiq görülüblər. Lənkəran komandası ikinci, Masallı kollektivi isə üçüncü yeri tutub. Qızların komanda yarışlarında Salyan -1 qalib adını qazanıb. Salyan-2 komandası ikinci, Masallı tennisçiləri isə üçüncü yerlə kifayətləniblər. Qalib komandalar "Təhsil” Respublika İdman Mərkəzinin diplom, kubok, medal və qiymətli hədiyyələri ilə təltif olunublar.