Stolüstü tennisçilərimiz təlim–məşq toplanışını davam etdirirlər

Stolüstü tennisçilərimiz təlim–məşq toplanışını davam etdirirlər


"Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan yığmasının təlim–məşq toplanışına start verilib.
Tam heyətlə toplanışda iştirak edən komandaya baş məşqçilər Leşek Kuxarski və Aleksandr Zudov rəhbərlik edirlər. Təlim–məşq toplanışında idmançılarımızla tərəfdaş kimi çıxış etmək üçün polşalı iki tennisçi oğlan da komandaya cəlb olunub.Bu, milli komandanın birinci Avropa Oyunları ərəfəsində sonuncu hazırlıq tədbiridir.
Təlim-məşq toplanışı iyunun 7-dək davam edəcək.