Stolüstü tennisçilərimiz təlim-məşq toplanışında

Stolüstü tennisçilərimiz təlim-məşq toplanışında

"Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə yığma komandanın təlim-məşq toplanışına start verilib. Tam heyətlə təlim-məşq toplanışında iştirak edən komandaya baş məşqçilər Leşek Kuxarski və Aleksandr Zudov rəhbərlik edirlər. Hazırlıqda idmançılarımızla sparrinq - tərəfdaş kimi çıxış etmək üçün 2 nəfər polşalı tennisçi oğlan da komandaya cəlb olunub. Qeyd edək ki, bu təlim-məşq toplanışı I Avropa Oyunları ərəfəsində milli yığma komandanın sonuncu hazırlığı olacaq.
Təlim-məşq toplanışına iyunun 7-də yekun vurulacaq.