Endi Marrey “Kreml Kuboku”nda mübarizə aparacaq

Endi Marrey “Kreml Kuboku”nda mübarizə aparacaq

Moskvada keçiriləcək tennis üzrə "Kreml Kuboku” hazırda diqqət mərkəzindədir. Rusiya Tennis Federasiyasının vitse-prezidenti Yevgeni Kafelnikovun sözlərinə görə, kubok yarışlarında dünyanın tanınmış tennisçilərinin iştirakı nəzərdə tutulur: "Biz bu yarışın yüksək səviyyədə keçməsi üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, azarkeşlər tennis dünyasının ən məşhurlarını Moskvada görə bilsinlər. Təşkilat Komitəsi dünya reytinqində 2-ci olan Endi Marreyə də dəvət göndərib. İnanıram ki, britaniyalı kort ustası öz iştirakı ilə "Kreml Kuboku”na rəng qatacaq”.