Media nümayəndələri stolüstü tennis yarışında iştirak edəcək

Media nümayəndələri stolüstü tennis yarışında iştirak edəcək

Bu gün "Şüa” İdman Sağlamlıq Kompleksində media nümayəndələri arasında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə turnir keçiriləcək. Tədbir Azərbaycan Stolüstü Tennis Federasiyasının və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə təşkil olunacaq. Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına əsasən və şəxsi dərəcədə keçiriləcək yarışda çoxsaylı mətbuat nümayəndələrinin iştirakı gözlənilir. Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının və Azərbaycan Mətbuat Şurasının diplomları və federasiyanın kubokları ilə təltif olunacaqlar. Yarışı baş hakim Sara Sultanova və baş katib Xəyalə Qiyasova idarə edəcək.