Dünya kuboku sərrastları Qəbələyə toplayır

Dünya kuboku sərrastları Qəbələyə toplayır

Avqustun 6-da Qəbələdə Olimpiya atıcılıq növləri üzrə Dünya kuboku yarışları start götürəcək. Azərbaycan Atıcılıq Federasiyası və Qəbələ Atıcılıq Klubunun təşkilatçılığı ilə keçiriləcək yarışda dünyanın 100-dən çox ölkəsindən 2 min idmançı Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarına 34 lisenziya uğrunda mübarizə aparacaq. Beynəlxalq Atıcılıq Federasiyasının təqviminə daxil olan yarışda atıcılıq üzrə Azərbaycan millisinin snayperləri də hədəfi nişan almağa çalışacaqlar. Dünya kubokunda güllə atıcılığı və stend atıcılığı yarışlarında ölkəmizi 26 snayper təmsil edəcək.
Kişilər və qadınlar arasında keçiriləcək yarışlarda iştirakçılar tapançadan və tüfəngdən 10, 25, 50 metr məsafələrə atəş açmaq üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
Turnirə avqustun 16-da yekun vurulacaq.