Çempionlar Liqasının püşkatma mərasimi olub

Çempionlar Liqasının püşkatma mərasimi olub


Avqustun 21-də stolüstü tennis üzrə Avropa klublarının əsas yarışları sayılan Çempionlar Liqasına start veriləcək. Komandalar 4 qrupa bölünəcək (hər qrupda 4 komanda) və onlar 2016-cı ildə keçiriləcək pley- off mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaqlar. Siyahıda 4 komanda yer alıb. Bunlar hazırkı çempion, Dmitri Ovtçarovun və Vladimir Samsonovun "Fakel Qazproma” (Orenburq) klubu, Timo Bollun "Pontuaz- Serji” klubu və Dzyun Mizutakinin aparıcı oyunçu olduğu Rusiyanın UQMK klubudur. Bu klublar öz qruplarında proqnozlaşdırılan liderlər sayılırlar. A qrupunda "Fakel Qazproma” ilə birlikdə onun çox güclü rəqibləri sayılan Almaniyanın "Saarbrükken” , Avstriyanın "Valter Vells” və Fransanın "Anje” klubları da qərarlaşıblar. B qrupunda Rusiyanın UQMK, Avstriyanın "Niderosterayx” , Fransanın "Enbon” və Polşanın "Olimpiya Uniya” klubları mübarizə aparacaqlar. C qrupunda iki favorit yer alıb: Fransanın "Pontuaz Serji” və İsveçin "Eslovs” klubları. D qrupunda birinci yer uğrunda Almaniyanın "Borussiya” və Fransanın "Şartr” klubları üz-üzə gələcək. Bu qrupda Polşanın "Boqoriya” və Çexiyanın "Şten- Marketinq” klubları da mübarizə aparacaqlar.
Turnirdə ilk yarışlar avqustun 21- 23-də keçiriləcək.