Velosipedçimiz Ukraynada çempion oldu

Velosipedçimiz Ukraynada çempion oldu


Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə "Galichyna” Qran-prisinə yekun vurulub.
Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında Azərbaycan yığma komandası 1 qızıl və 3 gümüş medal qazanıb.
Qızıl medalı komandamıza 500 metr məsafəyə sprint yürüşündə Sergey Omelçenko qazandırıb. Velosipedçimiz bu yarışda həm də 2 gümüş medala sahib olub. O, 200 metr məsafəyə yürüşdə və keyrində ikinci yeri tutub.
Digər gümüş medala isə təmsilçimiz Yelena Pavluxina yiyələnib. O, 10 km məsafəyə skretç yarışında fəxri kürsünün 2-ci pilləsinə qalxıb.