Dünyanın ən yaşlı idmançısı

Dünyanın ən yaşlı idmançısı


Stolüstü tennis üzrə dünyanın ən qoca idmançısı, Avstraliya Stolüstü Tennis Federasiyasının təmsilçisi Doroti De Lou "Ginnesin rekordlar kitabı”ndakı yerini tərk etməyəcək.
Xarici mətbuatın yazdığına görə, ABŞ-ın qoca tennisçilərinin bu rekordu yeniləmək istəyi uğursuzluğa düçar olub. Həmin səbəbdən də Doroti De Lou tarixə ən qocaman tennisçi kimi düşüb.
Qeyd edək ki, Doroti De Lou 97 yaş 232 günlük olanda Braziliyanın Rio de-Janeyroda keçirilmiş XIV stolüstü dünya çempionatında Avstraliyanı (veteranlar üzrə) təmsil etməklə, "Ginnesin rekordlar kitabı”na dünyanın ən qocaman tennisçisi olaraq düşüb. Çempionata əlil arabası ilə qatılmış idmançı oyunlarda yaşına uyğun olmayan çeviklik nümayiş etdirib.
Doroti buna qədər də xeyli idmançını çempionatdan uzaqlaşdırıb.