Stolüstü tennis üzrə qitə çempionatının püşkatma mərasimi keçirilib

Stolüstü tennis üzrə qitə çempionatının püşkatma mərasimi keçirilib

Sentyabrın 25-dən oktyabrın 4-dək Rusiyanın Yekaterinburq şəhərində stolüstü tennis üzrə Avropa çempionatı keçiriləcək.
Avropanın idman təqvimində önəmli yer tutan çempionat şəxsi və komanda xarakteri daşıyacaq. Yarışda əsas diqqət komanda yarışlarına yönələcək. Püşkatmanın nəticəsinə görə komanda yarışlarında "A” qrupunda Markoş Freytaş, Tiaqu Apoloniya, Joau Monteyro, Dieqo Çen və Joau Jeraldunun yer aldığı Portuqaliya komandası Fransa, Macarıstan və Serbiya ilə qarşılaşacaq. "B” qrupunda isə Dmitri Ovtçarov, Timo Boll, Bastian Şteqer, Patrik Baum və Patrik Fransiskodan ibarət Almaniya komandası Ukrayna, Polşa və İspaniya yığması ilə görüşəcək. Ötən ilin bürünc mükafatçısı İsveç komandası "C” qrupunda Rusiya, Avstriya və Rumıniya idmançıları ilə mübarizə aparacaq. "D” qrupunda isə Xorvatiya, Belarus, Yunanıstan, Danimarka və Çexiya komandaları münasibətlərinə aydınlıq gətirməyə çalışacaqlar.
Qadınların yarışında "A” qrupunda Almaniya, Belarus, Çexiya və Slovakiya, "B” qrupunda Avstriya, Rumıniya, Fransa, Serbiya komandaları yer alıb. "C” qrupunda Polşa, Rusiya, Macarıstan və Lüksemburq, "D” qrupunda isə İsveç, Niderland, Portuqaliya və Ukrayna ən yüksək mükafatlar uğrunda mübarizə aparacaq.