“Baku Junior Cup” beynəlxalq turnirinə yekun vurulub

“Baku Junior Cup” beynəlxalq turnirinə yekun vurulub

Bakı Tennis Akademiyasında tennis üzrə "Baku Junior Cup” beynəlxalq turniri keçirilib. 18 yaşınadək idmançılar arasında keçirilən turnirdə oğlanların mübarizəsində Ukrayna idmançısı Mixail Kvantaliani finalda Gürcüstan təmsilçisi İrakli Metrevelini məğlub edərək birinci yerə çıxıb. Qızların yarışında isə qızıl medal uğrunda görüşdə rusiyalı Anna Solovyeva gürcüstanlı Lanı Kençiaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.