Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri müzakirə olunub


Rusiyanın Yekaterinburq şəhərində Avropa Stolüstü Tennis Birliyinin konqresi keçirilib.
Konqres Yekaterinburqda Avropa çempionatı çərçivəsində təşkil olunub. Tədbirdə ölkəmizi Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov və baş katibi Səbuhi Mehdizadə təmsil ediblər. Nümayəndə heyəti bu qurumun rəhbərliyi, milli federasiyaların prezidentləri ilə görüşlər keçirib, Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparıb.
Məlumat üçün qeyd edək ki, stolüstü tennis üzrə Avropa çempionatına oktyabrın 5-də yekun vurulub.