Novak Cokoviç mövsümdə 15 milyon dollar qazanıb

Novak Cokoviç mövsümdə 15 milyon dollar qazanıb


Dünyanın bir nömrəli raket ustası Novak Cokoviç mövsüm ərzində 15 milyon dollar qazanan ilk tennisçi kimi tarixə düşüb.
Serbiyalı tennisçi Şanxay, Paris turnirlərində və yekun mərhələdə qalib gələcəyi təqdirdə qazancını 17 milyon dollaradək artıra bilər. Karyerası ərzində N.Cokoviç 87 milyon dollar qazanıb. O, bu göstərici ilə Rocer Federerden sonra ikinci pillədə qərarlaşıb. R.Federerin oyunlardan qazancı 94 milyon dollardır.