Samboçularımız Avropa birinciliyində uğurla yarışıblar

Samboçularımız Avropa birinciliyində uğurla yarışıblar

Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi keçirilib. Komandamızın da iştirak etdiyi yarışda təmsilçilərimiz ümumilikdə 6 medal qazanıblar. Yeniyetmələrin yarışında Nəriman Əhmədov (56 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 52 kq çəki dərəcəsində yarışan Rəşad Dünyamalıyev dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Əliş Yusifov və Aslan Mirzəyev (87 kq) isə bürünc medalla kifayətləniblər.
Gənclər arasında keçirilən yarışlarda isə 60 kq çəki dərəcəsində mübarizə aparan İlkin Babazadə qızıl medal qazanıb. Digər samboçumuz Əmrah Bayramov (57 kq) isə yarışın gümüş medalını əldə edib.