Dünya kubokuna Saarbrüken ev sahibliyi edəcək

Dünya kubokuna Saarbrüken ev sahibliyi edəcək


Almaniyanın Saarbrüken şəhəri ilk dəfə irimiqyaslı beynəlxalq turnirə - kişilər arsında Dünya kubokuna ev sahibliyi edəcək. Tədbir 2016-cı il oktyabrın 1-3-də keçiriləcək və burada dünyanın 20 ən güclü oyunçusu iştirak edəcək. Almaniya Bundesliqasının prezidenti Mikael Qayger qeyd edib ki, şəhərdə bu idman növünə böyük maraq var və biz biletlər satışa daxil olan andan onların 3 gün ərzində satılmasını planlaşdırırıq. "Saarbrükendə sonuncu dəfə 2012- ci ildə Avropa TOP- 12 turniri keçirilib. O zaman Timo Boll və Dji Şepp qoşa yarışlarda qalib adına layiq görülmüşdülər. Bundan əlavə, Saarbrüken şəhərinin komandası ölkənin əsas klub turnirində uğurla çıxış edir və Dortmundun məğlubedilməz "Borussiya” komandasına da dəfələrlə qalib gəlib”, - deyə o əlavə edib. Şəhərin namizədliyini dəstəkləmiş vilayətin nazirlərindən biri olan Klaus Buyon bu yarışın təşkili ilə bağlı bunları deyib: "Mən idman tədbirinin yüksək səviyyədə təşkil olunacağına əminəm. Dünya kubokunda biz çoxlu sayda maraqlı oyunları seyr edəcəyik və şəhərimiz öz qonaqpərvərliyini bir daha göstərəcək”.