“Stolüstü tennis yaxın gələcəkdə ən populyar idman növlərindən birinə çevriləcək”

“Stolüstü tennis yaxın gələcəkdə ən populyar idman növlərindən birinə çevriləcək”

Bizim əsas məqsədimiz stolüstü tennisi beş ən populyar idman növləri sırasına çıxarmaqdır. Eyni zamanda, irimiqyaslı tədbirlərin Avropa kanallarında daha geniş yayımlanmasına, mediada, internetdə təbliğinə nail olmaq istiqamətində qarşıda böyük planlar var.
Bunları Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) prezidenti Tomas Vaykert bu qurumun gələcək planları haqqında danışarkən deyib.
Tomas Vaykert bildirib ki, biz hazırda inkişaf etməkdə olan ölkələri şəxsi məşqçilər və avadanlıqla təmin etmək istiqamətində genişmiqyaslı işlər həyata keçiririk. İnanıram ki, yaxın gələcəkdə stolüstü tennis ən populyar və maraqlı idman növlərindən birinə çevriləcək.
"Federasiyasının prezidenti kimi, mənim məqsədlərimdən biri tennisin inkişafını genişləndirməkdir. Mən idmanın bu növünün çoxsaylı insanlar tərəfindən daha çox ölkələrdə oynanılmasını istəyirəm. Çünki tennis fiziki və əqli inkişaf üçün də münasib idman növüdür”, - deyə Federasiya prezidenti vurğulayıb.