“Baku Fires” yeni mövsümə hazırlığa başladı

“Baku Fires” yeni mövsümə hazırlığa başladı


Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən "Baku Fires” yeni mövsümə hazırlığa başlayıb. Komandamız Rusiyanın Karaçay Çerkez Respublikasında yerləşən Terskol qəsəbəsində təlim-məşq toplanışına start verib. 21 gün davam edəcək ilk hazırlıq mərhələsində 25 boksçu və 5 məşqçi iştirak edir. Toplanışda əsas məqsəd boksçuların fiziki hazırlığının artırılmasıdır. Xatırladaq ki, WSB liqasında yeni mövsüm gələn ilin yanvarında başlanacaq. "Baku Fires” D qrupunda Özbəkistan, Qazaxıstan və Puerto Riko klubları ilə mübarizə aparacaq. Komandamız ötən mövsüm 1/4 final mərhələsində Meksikanın "Mexico Guerreros” klubuna məğlub olumuşdu. "Baku Fires” klubunun üzvlərindən Albert Səlimov (60 kq) Rio de Janeyro Olimpiadasına vəsiqə qazanıb. Abdulqadir Abdullayev (91kq) isə son dünya çempionatında bürünc medala yiyələnib.