Stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib


Sahil qəsəbəsində yerləşən Uşaq-gənclər idman məktəbində keçirilən Qaradağ rayon məktəblilərinin XXVIII Spartakiadası çərçivəsində stolüstü tennis üzrə rayon birinciliyi başa çatıb.
Yarışda hər məktəbdən 5 şagird (3 oğlan, 2 qız) iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 228 saylı məktəbin komandası birinci yerə layiq görülüb. 319 saylı məktəb ikinci, 273 saylı məktəbin komandası isə üçüncü pillədə qərarlaşıb.
Qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.
Məlumat üçün qeyd edək ki, 228 saylı məktəbin komandası Bakı spartakiadasına vəsiqə qazanıb.