Tennisçilər də “ilişdilər”

Tennisçilər də “ilişdilər”
BBC teleşirkəti və "BuzzFeed” internet portalı həmin sənədləri ələ keçirdiklərini açıqlayıblar.

Sənədlərə görə, "danışılmış oyunlar”da son 10 ilin ən yaxşı "50-liy”inə daxil olan 16 tennisçinin adları hallanır. Qanunsuzluq barədə müvafiq orqanlar da xəbərdar olublar. Lakin onlar oyunçulara çıxışlarını davam etdirmək imkanı yaradıblar. Ad açıqlamayan teleşirkət mobil telefon, bank hesabı və fərdi kompüterə çıxış olmadan konkret oyunçuların günahının sübuta yetirilməsinin mümkünsüzlüyünü səbəb göstərib.

Bununla belə, həmin tennisçilər arasında "Böyük dəbilqə” turnirləri qaliblərinin olduğu, onlardan 8-nin Melburnda start götürən "Australian Open”də çıxış edəcəkləri məlumdur. Peşəkar Tennisçilər Assosiasiyasının prezidenti Kris Kermod adların açıqlanacağına şübhə ilə yanaşıb. O, öz təşkilatının "Tennis İntegrity Unit”lə ("Tennisdə düzgünlük”) birgə bütün materialları dərindən öyrənəcəyini bildirib.