Stolüstü tennisçilərimiz dünya çempionatında yarışacaqlar

Stolüstü tennisçilərimiz dünya çempionatında yarışacaqlar



28 fevral - 6 mart tarixlərində Malayziyanın Kuala-Lampur şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək.

Yarışda 91 kişi və 81 qadın komandasının iştirakı nəzərdə tutulur.
Azərbaycanı çempionatda məşqçi M.Timofeyevin rəhbərliyi altında Məryəm İmanova, Deng Simeng və Zhou Chuyi təmsil edəcəklər.
Qadınlardan ibarət komandamız III divizionda öz qrupunda Argentina, Qvatemala, Qazaxıstan, Latviya və Monqolustan komandaları ilə mübarizə aparacaq.