Fransada ən güclü tennisçi bəlli oldu

Fransada ən güclü tennisçi bəlli oldu



Fransanın paytaxtı Parisdə tennis üzrə "Roland Garros" turnirinə yekun vurulub.

Olimpnews.az saytının məlumatına görə, serbiyalı Novak Cokoviç kişilərin fərdi mübarizəsində ən güclü tennisçi adını qazanıb.

N.Cokoviç həlledici görüşdə ingiltərəli Endi Marreyə qalib gəlib - 3:6, 6:1, 6:2, 6:4. Bu 29 yaşlı tennisçinin "Roland Garros"da ilk, "Böyük Dəbilqə" seriyasından yarışlarda isə 12-ci uğuru olub.

Qadınların fərdi görüşündə ABŞ təmsilçisi Selena Uilyams finalda ispaniyalı Muqurusa Qarbinyeyə uduzub. 7:5, 6:4 hesablı üstünlüklə qələbəyə nail olan M.Qarbinye "Böyük dəbilqə" seriyalı turnirlərdə ilk dəfə qalib olub.
Qeyd edək ki, "Roland Garros"un mükafat fondu 32.5 milyon avrodur.