Veteran tennisçinin 60 yaşı tamam olur

Veteran tennisçinin 60 yaşı tamam olur

 Səxavət Xanış oğlu Heydərov 1953-cü il aprelin 30-da Bakı şəhərində anadan olub. O, hələ gənc yaşlarından idmana böyük maraq göstərib və stolüstü tennislə məşğul olub. 2 saylı orta məktəbdə və eyni zamanda 39 saylı musiqi məktəbində oxuduğu illərdə bu idman növündən uzaqlaşmayıb, yarışlarda iştirak edib. O, 1972-ci ildə Krasnodar Dövlət Mədəniyyət İnstitutuna daxil olduqdan sonra bu təhsil ocağının stolüstü tennis üzrə yığma komandasına üzv qəbul olunub. 1975-ci ildə idman üstalığına namizəd adına layiq görülən Səxavət Heydərov 1976-cı ildən 1978-ci ilədək "Neft Daşları”ndakı mədəniyyət sarayının direktor müavini işləyib. O, 1978-ci ildən bugünədək M. Maqomayev adına 26 saylı uşaq musiqi məktəbində dərs deyir. İdmanla bağlı olan S. Heydərov, veteranlardan ibarət yığma komandanın üzvü kimi uzun illər bir çox ümümittifaq və beynəlxalq turnirlərdə iştirak edib və yenə də stolüstü tennislə fəal məşğul olur. Veteranlar Şurasının sədri kimi ictimai fəaliyyəti ilə Stolüstü Tennis Federasiyasına yaxından köməklik göstərir, veteranların fəal idman həyatına cəlb edilməsi sahəsində yorulmadan çalışır. Azərbaycan Stolüstü Tennis Federasiyası, yığma komandanın üzvləri və məşqçiləri, eləcə də Veteranlar Şurasının üzvləri Səxavət Heydərovu 60 ilik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, idman və pedaqoji fəaliyyətində böyük uğurlar arzulayır.
Stolüstü Tennis Federasiyası