Londonda tennis turniri start götürüb

Londonda tennis turniri start götürüb



İyunun 27-də Londonda "Böyük Dəbilqə” seriyasından Uimbldon tennis turniri start götürüb. Yarışlar ot örtüklü kortda keçirilir.
"Olimpnews.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, Avstraliya, Fransa ("Roland Qarros”) və ABŞ açıq turnirləri ilə birlikdə ən əsas dörd tennis yarışından biri olan Uimbldon bu il 130-cü dəfə təşkil olunur. Builki turnirin ümumi mükafat fondu 28,1 milyon funt sterlinq təşkil edir ki, bu da ötən ilkinə nisbətən 5 faiz çoxdur.
Turnirdə qadın tennisçilərin yarışına iyulun 9-da, kişi idmançıların mübarizəsinə isə bir gün sonra yekun vurulacaq. Həm qadınların, həm də kişilərin yarışında qalib gələn tennisçi 2 milyon funt sterlinq məbləğində mükafatın sahibi olacaq.