Komandalarımız eyni nəticə ilə yadda qaldı

Komandalarımız eyni nəticə ilə yadda qaldı

  Aprelin 12-dən 20-dək Rusiya Volqoqrad vilayətinin Voljskiy şəhərində Qələbə gününə həsr olunmuş Beynəlxalq turnirdə çıxışını başa vurub. Ölkəmizi bu yarışda 4 oğlan və 4 qızdan ibarət stolüstü tennis üzrə yığma komanda təmsil edib.
Komandamız turnirdə Volqoqrad vilayətinin Voljskiy şəhərinin yığma komandaları, eləcə də vilayətin "Kristal” və "Axtuba” idman klubları mübarizə aparıb. Idman tədbirinə 6 oğlan və 6 qız komandası qatılıb. Həm qızlardan, həm də oğlanlardan ibarət komandalarımız beynəlxalq yarışda III yerə layiq görülüb. İdmançılarımız Volqoqrad vilayətinin İdman Komitəsinin diplomları ilə təltif olunublar.