Şarapovanın cəzası azaldılıb

Şarapovanın cəzası azaldılıb



Rusiyalı tennisçi Mariya Şarapovanın cəza müddəti 15 ayadək azaldılıb.

Bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb.

Beləliklə, 29 yaşlı idmançı gələn ilin aprel ayından yarışlarda iştirak edə biləcək.

Xatırladaq ki, dopinq testdən nəticəsi müsbət çıxan M.Şarapova 2 il müddətinə diskvalifikasiya edilmişdi.