Stolüstü tennis üzrə Azərbaycan kuboku keçirilir

Stolüstü tennis üzrə Azərbaycan kuboku keçirilir

Şüa-İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında Azərbaycan kubokuna start verilib.

Olimpnews.az saytının məlumatına görə, yarış 1999-2001, 2002-ci illər və daha kiçikyaşlı idmançılar arasında keçirilir. Şəxsi və komanda xarakteri daşıyan bu yarışda 130-a yaxın idmançı qalib adı uğrunda mübarizə aparır.

Turnirdə Bakının "Təhsil RİM”, Bakı Tennis Məktəbi, 1 saylı UGİM, "Neftçi idman klubu” İB, "Qaradağ” "Lokomotiv” komandaları ilə yanaşı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Balakən, Quba, Ağstafa və Qaxdan olan tennisçilər də iştirak edirlər.