Yığmamızın keçmiş baş məşqçisi vəfat etdi

Yığmamızın keçmiş baş məşqçisi vəfat etdi

Tennis üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Sergey Lixaçov vəfat edib. Olimpnews.az saytının məlumatına görə, 15 qat SSRİ çempionu oktyabrın 18-də Rusiyanın paytaxtı Moskvada 77 yaşında dünyasını dəyişib.

Məlumat üçün qeyd edək ki, Sergey Lixaçov 1973-cü ildə milli komandada son oyununu keçirib. O, 1 il sonra SSRİ çempionu olsa da, məşqçiliyə başlayıb. Lixaçov Bakının "Leçi” klubunda işləyib. Sonradan Azərbaycan millisində baş məşqçi vəzifəsində çalışan mütəxəssis SSRİ yığmasında ikinci məşqçi kimi də çalışıb. 1991-ci ildə SSRİ Tennis Federasiyasının təyinatı ilə Portuqaliyaya gedib və bir neçə il həmin ölkədə də məşqçilik edib.