“Əgər kişi olsa idim...”

“Əgər kişi olsa idim...”

"Böyük Dəbilqə” turnirinin 38 qat çempionu Serena Uilyams maraqlı açıqlama ilə çıxış edib. Olimpnews.az saytının məlumatına görə, məşhur tennisçi hesab edir ki, bəzi insanlar onu cinsinə və dərisinin rənginə görə diqqətdən kənarda saxlayırlar.

"Amerikada qara dərili qadınlara, ümumiyyətlə, qara dərili insanlara heç nə asan başa gəlmir. İdmanda isə bu, özünü daha qabarıq göstərir. Əgər mən kişi olsa idim məni tarixin ən yaxşı idmançısı seçərdilər. Mən son vaxtlar qadın hüquqlarının qorunmasına çox vaxt ayırıram. Çünki qadınlar dünyada önəmli rol oynayırlar. Hesab edirəm ki, cinsindən və dərisinin rəngindən asılı olmayaraq, bütün insanların hüquqları qorunmalıdır”, - deyə Serena Uilyams bildirib.