Federerlə Marey yerlərini dəyişiblər

Federerlə Marey yerlərini dəyişiblər


Aprelin 22-də ATR versiyası üzrə reytinq cədvəli açıqlanıb. İsveçrəli məşhur tennisçi Roje Federer reytinqdə ikinci olub. O, 12900 xalla bu pillədə qərarlaşıb. Dünyanın bir nömrəli kort ustası adını isə əvvəlki kimi serbiyalı tennisçi Novak Cokoviç qoruyub saxlayır. Reytinq cədvəlinin üçüncü pilləsində Böyük Britaniya təmsilçisi Endi Marrey yer alıb. Qeyd edək ki, yeni cədvəldə Federerlə Marrey yerlərini dəyişiblər.