Bakı-2017: həndbolçularımızdan növbəti qələbə

Bakı-2017: həndbolçularımızdan növbəti qələbə

Bu gün "Sərhədçi” İdman Olimpiya Mərkəzində qadın həndbolçulardan ibarət Azərbaycan millisi "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

Olimpnews.az saytının məlumatına görə, Azərbaycan yığması qrup mərhələsinin ikinci görüşündə Özbəkistan millisi ilə qarşılaşıb. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 23:9. Rəqib üzərində aşkar üstünlüyü oyunun ikinci hissəsində də davam etdirən komandamız 24:12 hesabı ilə qalib gəlib. Ümumi hesabda 47:21 hesabı ilə üstün olan həndbolçularımız qrupda ikinci görüşdə parlaq qələbə qazanıblar.