Tanınmış tennisçi yığmada oynamayacaq

Tanınmış tennisçi yığmada oynamayacaq


Rusiyanın tennis üzrə yığma komandası Federasiya kubokunun final mərhələsində italiyalılarla qarşılaşacaq. Lakin Rusiya millisinin aparıcı üzvü Mariya Şarapova bu görüşdə iştirak etməyəcək. Məşhur tennisçi final görüşündə iştirakının "ədalətsizlik” olacağını düşqünür. "Federasiya kubokunun final qarşılaşması maraqlı olacaq. Amma mən bu görüşdə iştirak etməyəcəyəm. Rusiya millisinin bir neçə üzvü əvvəlki mərhələlərdə əla çıxış etməklə finalda oynamaq hüququ qazanıb. Əgər mən də bu mərhələdə mübarizəyə qoşulsam, o zaman millimizin ən azı bir üzvü yarışdan kənarda qalmalı olacaq. Bu isə ədalətsizlikdir”, - deyə Mariya Şarapova bildirib.