Karateçilərimiz İslamiadada 5 medal qazanıblar

Karateçilərimiz İslamiadada 5 medal qazanıblar



Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.

Bakı- 2017 IV İslam Həmrəyliyi Oyunlarında karate üzrə əldə olunan medalların sayı 5-ə çatıb. Medallardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürüncdür.

"Olimpnews.az” xəbər verir ki, qızıl medalları Azərbaycan komandasına titullu idmançımız Rafael Ağayev (75 kq) və Fəridə Abiyeva (61 kq) qazandırıblar. 

İlahə Qasımova (55 kq) gümüş medala sahib olub. Firdovsi Fərzəliyev (60 kq), Nuranə Əliyeva (50 kq) isə bürünc medala yiyələniblər.