2 güləşçimiz finala çıxıb

2 güləşçimiz finala çıxıb



Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.

"Olimpnews.az”ın məlumatına görə, mayın 17-də Heydər Əliyev adına İdman Arenasında güləş yarışlarına start verilib. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparırlar.

Yarışların ilk dörd günündə sərbəst və yunan-Roma güləşçiləri yarışırlar.

İlk gündə yunan-Roma güləşi üzrə 59 kq, 71 kq, 80 kq və 98 kq çəki dərəcəsində idmançılar döşək üzərinə çıxıblar.

Nəticəyə görə, Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) finala vəsiqə qazanıblar.

Rəsul Çunayev (71 kq) və Murad Məmmədov (59 kq) isə bürünc medal uğrunda yarışacaq.