Atletikada 1 qızıl və 1 bürünc medal

Atletikada 1 qızıl və 1 bürünc medal


Ölkəmizdə IV İslam Oyunları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.

Bu gün atletika üzrə kişilər arasında keçirilən yarışlarda T11 kateqoriyasında uzunluğa tullanma yarışında təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medala sahib olub.

Digər təmsilçimiz Zeynidin Bilalov isə 5,22 metrlə bürünc medal qazanıb. Yarışın gümüş medalına isə 5,28 metr göstərici ilə indoneziyalı Abdul Dalimunte layiq görülüb.