Bakı-2017: Prezident güləşçimizə qızıl medal təqdim etdi - VİDEO

Bakı-2017: Prezident güləşçimizə qızıl medal təqdim etdi -  VİDEO

İslamiadanın sərbəst güləş yarışlarının sonuncu günündə pəhləvanımız Hacı Əliyev final görüşündə qalib gələrək İslamiadada Azərbaycanın aktivinə 65-ci qızıl medalı yazdırıb. Olimpnews.az saytının məlumatına görə, qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion pəhləvanımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Həmin videonu sizə təqdim edirik: