Kişi tennisçilərimiz bürünc medalla kifayətləniblər

Kişi tennisçilərimiz bürünc medalla kifayətləniblər


Bu gün ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yekun vurulacaq.
IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi komandaları arasında final görüşü keçirilib.
Qızıl medal uğrunda qarşılaşmada Türkiyə və İran komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada İran komandası Türkiyə millisini 3:1 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Bürünc medal uğrunda görüş isə mayın 21-də baş tutub. Azərbaycanın kişilərdən ibarət milli komandası Səudiyyə Ərəbistanı təmsilçilərinə 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.