Olimpiya Festivalı-2017: Atletlər kəndində idmançılarımızla görüş keçirilib - FOTOLAR

 Olimpiya Festivalı-2017:  Atletlər kəndində idmançılarımızla görüş keçirilib -  FOTOLAR
Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abiyev və baş katibin müavini Azər Əliyev Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalında iştirak edən yeniyetmə idmançılarımızla görüşüblər.

Olimpnews.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, onlar iyul ayının 23-də Macarıstanın Gyor şəhərində yeniyetmə idmançılarımızın məskunlaşdıqları Olimpiya kəndinə gələrək yeniyetmə atletlərin, məşqçilərin və nümayəndə heyətinin Olimpiya kəndindəki şəraiti ilə maraqlanmış, yarışlara hazırlıqla bağlı məlumatları dinləmiş və idmançılarımızın qidalandıqları yeməkxanaya baş çəkmişlər.

Səmimi şəraitdə keçən görüşdə MOK-un baş katibi Ağacan Abiyev ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafına dövlətimiz tərəfindən göstərilən yüksək səviyyəli diqqət və qayğıdan danışmışdır. O, beynəlxalq yarışlarda Azərbaycan atletlərinin qazandıqları uğurların yeniyetmə idmançılarımız üçün nümunə olduğunu, idmançılarımızın Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalında uğurlu nəticələr əldə edəcəklərinə inandığını vurğulamışdır.

Görüşdən sonra idmançılarla xatirə şəkilləri çəkilmişdir.







Fotolar:
Murad Fərzəliyev